Xəta edəndə, 7 saat ərzində bu zikri deyənə günah yazılmaz!! Məsumlardan hədislər


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz – tövbə etməmiş olar”.

İmam Əli (ə) buyurur: “O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır”.

İmam Sadiq (ə) buyurur: “Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən”. İmam Əli (ə) buyurur: استغفر و الله ربي و اتوب اليه

\"Əstəğfirullahə Rabbi və ətubu iləyh\" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə:

استغفر الله الذي لا اله الا هو الحي القيوم


\"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum\"
Həmin günah onun üçün yazılmaz”. (Beytutə saytı)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ölümündən bir il əvvəl tövbə edərsə, Allah tövbəsini qəbul edər.

Bir il çoxdur, hər kim ölümündən bir ay qabaq tövbə edərsə, Allah tövbəsini qəbul edər.
Bir ay da çoxdur, hər kim ölümündən bir həftə əvvəl tövbə edərsə, Allah tövbəsini qəbul edər.
Bir həftə çoxdur, hər kim ölümündən bir gün əvvəl tövbə edərsə, Allah tövbəsini qəbul edər.
Bir gün çoxdur, hər kim ölümlə görüşməzdən əvvəl tövbə edərsə, Allah tövbəsini qəbul edər”.



Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə elə bir qapıdır ki, genişliyi şərqdən qərbə qədərdir, o zamana qədər ki, günəş qərbdən doğmaz, bu qapı bağlanmaz”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Əgər o qədər xata etsəniz ki, səmaya çatar, sonra tövbə edəsiniz – Allah tövbənizi qəbul edər. Onun dərgahından ümidsiz olmayın”.

İmam Rza (ə) buyurur: “O kəs ki, günahına görə tövbə edər, o halda ki, ondan əl çəkməmişdir və onu yerinə yetirir – Allahı məsxərə edən kimidir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter