Ürəyimizin yorğunluğunu necə aradan qaldıraq?
Qəlb, ürək də yorula bilir. Bəs onun yorğunluğunu necə aradan apara bilərik? Onun üçün qəlbin nurani olması şərtdir. Bəs qəlbi necə nurani edək?
1. Quran oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi paslanar, onun pasını aparmaq Quran vasitəsilə olar”.
2. Hikmət əldə etmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədən kimi yorulur. Ona görə də yeni elm, hikmət kəsb etmək və yeni maarif və həqiqətləri əldə etməklə onun yorğunluğunu aradan aparın”.
3. İmanı möhkəmləndirmək. İmam Əli (ə) buyurur: “İmanla qəlbdə nurani bir nöqtə zahir olar, iman hər nə qədər artarsa, o nurani nöqtə daha aydın və daha çox olar”.
4. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allahı davamlı şəkildə zikr edin ki, qəlbi nurani edər”.
5. Təfəkkür edin. İmam Həsən Müctəba (ə) buyurur: “Düşünün və fikirləşin ki, bu, bəsirət əhlinin qəlbinin yaşamasına səbəb olar və hikmət qapılarının açarıdır”.
6. Təqva. İmam Əli (ə) buyurur: “Təqva – qəlb xəstəliklərinin dərmanı, qəlbi nurani edən, ruhun çirkinliklərini pak edən, göz zülmətinə aydınlıq verən və hüzursuzluq zamanı əmin-amanlıq verəndir”.
7. İlahi qorxudan ağlamaq.
8. Təqva əhli ilə yoldaş olmaq.
9. Namazı əvvəl vaxtda qılmaq.
10. Gecə namazı qılmaq./Deyerler.