Niyə hamı eyni cür gözəl, sağlam, imkanlı deyil?


Bu dünyada elə nemətlər vardır ki, Allah bəzi bəndələrinə vermişdir, ancaq bəzilərini ondan məhrum etmişdir. Misal üçün Allah bir nəfəri gözəl simalı xəlq etmişdir, başqa birisini adi, başqa birini isə çirkin üzlü.
Hədislərimizdə oxuyuruq ki, o kəslər ki, bu dünyada olan zaman malik olmaq istədiklərinə malik olmayıblar, əgər təqva əhli olsalar, Allah bu istədiklərini onlara axirətdə verəcəkdir.

Dünyada insanların arasında olan bu fərqlilik İlahi ədalətdən asılıdır. Bəs əgər bu fərq olmasaydı, biz insanlar yaşaya bilərdikmi? Əgər bütün insanlar hər bir cəhətdən eyni xəlq olsaydılar, yaşamağın marağı olardımı? Gərək bu suala cavab olaraq deyək ki, bu, mümkün deyildir. Bu zaman bütün ictimai həyat bir-birinə qarışardı. (Tebyan)

İmam Əli (ə) buyurur: “Madam ki, insanlar fərqlidirlər, xeyir və xoşluqda yaşayırlar, əgər bərabər olsaydılar, həlak olardılar”.

Bəs bu fərqləri aradan qaldırmaq mümkündürmü? Bu sual onu göstərir ki, biz öz işimizi Allahın işi ilə müqayisə edirik. Bizim gördüyümüz iş Allahın gördüyü işə bənzəməz. Misal üçün, biz bir velosiped düzəltmək istəsək, təkərlərini aşağı qoyar və tormozunu yuxarı qoyarıq. Onu elə düzəldərik ki, öz istəyimizə uyğun olsun.

Biz elə xəyal edirik ki, Allah da bu dünyanı o cür yaratmışdır. Yəni, Allah əvvəl dünyanın hissələrini xəlq etmişdir, məxluqları xəlq etmişdir, sonra demişdir ki, sən insan ol, sən heyvan ol, sən çirkin ol, sən gözəl ol və s.

İnsan gərək özünü qüdrət sahibi olan Allahla müqayisə etməsin. Əgər insan çirkindirsə, bunun səbəbi onun özünə qayıdır. Yeməyinə, genetik məsələlərinə, evlənmək keyfiyyətinə və bu cür yüzlərlə səbəbə.

Allah insanı xəlq edən zaman iki nəfər olmuşdular- Həzrət Adəm və Həzrət Həvva. Əgər çirkin idilərsə, bu ikisi də çirkin imiş. Əgər gözəl olublarsa da, yenə də o cür.

Beləliklə deyə bilərik ki, bu dünya səbəb və nəticə dünyasıdır. Ona görə də hər bir insan gərək öz işini Allahın işi ilə müqayisə etməsin. Əgər bütün insanlar bir-birinə bənzər xəlq olsaydılar, bütün ictimai həyat qarışardı. Başqa bir tərəfdən isə bu fərqliliyi yaradan - insanın özüdür. Bu haqda gərək bir qədər düşünsün.

Məsələ insanın varlı və ya kasıb, gözəl və çirkin, sağlam və ya xəstə olmasında deyil. Əsas mövzu – insanın ona verilən nemətlərlə necə rəftar etməsi və bu nemətlərə görə sorumlu olmasıdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter