“Allah haradadır?” sualı buna görə səhvdir
Allah Təala kamili-mütləqdir və Onun məkanı və zamanı yoxdur. Onun müqəddəs varlığına tay yoxdur. Bəziləri Allahı cisim kimi təsəvvür etdikləri üçün, Ona məkanı da nisbət verməyə çalışır və soruşurlar ki, Allah haradadır?
Qurani-Kərim bu suallara belə cavab verir: “Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə)yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni(mələkləri, səma kitablarını, İlahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir”. (“Hədid” 4).
“Biz ona şah damarından da yaxınıq”. (“Qaf” 16). “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından)geniş və biləndir”. (“Bəqərə” 115).
Nəql edilir ki, birinci xəlifənin zamanında yəhudi alimlərindən biri gəlir və Allahın məkanı barədə sual verir. Və xəlifə cavabında çətilik çəkir.
Yəhidi alimi oradan fedəndə, yolda Əmirəl-möminini (ə) görür. İmam (ə) ona buyurur ki, onun nə soruşduğu və ona nə cavab verildiyi barədə xəbərdardır.
Davamında İmam (ə) buyurur: “... Ancaq onu bil ki, biz bu əqidədəyik ki, məkanı Allah yaratmışdır. Ona görə də Onun məkanı ola bilməz. O, ondan üstündür ki, məkan Ona yer verə bilsin.
Allah hər yerdədir, nə iləsə təmasda olmaqdan başqa, ya da hansısa şeyin kənarında qərar tutmaqdan başqa.
Elmi cəhətdən bütün məkanlara əhatəsi vardır. Heç bir mövcud Onun tədbirindən uzaq deyildir.
Əgər sizin öz kitabınızdan dediklərimin doğruluğunu isbat edən dəlillər gətirsəm, müsəlman olarsan?”. Yəhudi alimi deyir: “Bəli”.
İmam əli (ə) buyurur: “Sizin dini kitabların birində bu mövzu vardır ki, deyir: “Musa ibn İmran (ə) bir gün əyləşmişdi ki, anidən şərq tərəfindən bir mələk gəlir. Musa (ə) buyurur: “Haradan gəlmisən?”. Deyir: “Allahın yanından”.
Başqa bir mələk qərbdən gəlir və Musa (ə) soruşur ki, sən haradan gəlmisən? Mələk deyir: “Allahın yanından”.
Başqa bir mələk gəlir və Musa (ə) ona da həmin sualı verir və o, deyir: “Yerin yeddinci qatından, Allahın yanından”.
Musa (ə) bu mənzərəni görüb, təəccüblə deyir: “Allah pak və ucadır ki, heç bir yer Ondan boş deyildir””.
Bu əhvalatdan sonra yəhudi İmam Əlinin (ə) dediklərinin doğruluğuna şəhadət verir./Deyerler.