İmam Əli (ə) özünü Zülqərneynlə hansı məsələ oxşar olaraq tanıtdırır?!
Əmirəl-möminin (ə) minbərdə olan zaman İbni Kəvva qarşısında dayanır və Həzrətdən (ə) soruşur: “Mənə Zülqərneyndən xəbər verin ki, peyğəmbər idi, yoxsa sultan?”.
Həzrət (ə) buyurur: “Zülqərneyn nə peyğəmbər idi və nə də sultan. O, elə bir bəndə idi ki, Allah Təalanı sevirdi və Allah da onu sevirdi. Allah üçün xeyirxahlıq edərdi və Allah da ona xeyirxahlıq edərdi. Ona Zülqərneyn deyilməyinin sirri budur ki, o, öz qövmünü Allah Təalaya tərəf dəvət edir. Ancaq onlar başına vurub, onu yarırlar. Ona görə də bir müddət onlardan qaib olur. Sonra yenə yanlarına gəlir və onları yenə dəvət edir. Onlar bu dəfə başının o biri tərəfinə vururlar və onu şikəst edirlər.
Həzrət (ə) sonda buyurur: Sizin də aranızda onun kimisi vardır”. (Həvzəh)
Həzrət Əli (ə) bu kəlamı ilə özünə işarə edir. Çünki İmama (ə) da iki dəfə zərbə dəyir. Biri xəndəq döyüşündə Əmr ibni Əbdəvəd İmamın (ə) mübarək başına zərbə vurmuşdu. İkinci zərbəni isə məlun İbni Mülcəm Ramazan ayının 19-u gecəsində Həzrətə (ə) vuracaqdı./Deyerler