Salik Rəcəb ayında elə təsəvvür etməlidir ki, sanki yenicə dünyaya gəlmişdir!!
Böyük din alimləri Rəcəb ayı ilə bağlı öz tövsiyələrini vermişdilər ki, bu tövsiyələri ümumiləşdirilmiş halda sizlərə çatdırırıq.
Nəzərə alaq ki, Rəcəb ayında seyri-süluk yolu ilə gedən salik üçün unikal fürsətlər yaranır.
- Salik üçün ən yaxşı yol odur ki, Rəcəb ayının ilk günündə tövbə edər.
- Ramazan ayının bütün insanlar üçün faydası vardır. Ancaq Rəcəb ayı Allahın xüsusi salikləri üçün mənfəət gətirər.
- Rəcəb ayı salikə çox dərin və əsaslı təsirlər qoyar.
- Rəcəb – Allahın ayıdır. Allahın ayına Ondan qeyrisini daxil etməyin.
- Bu ayda dediyiniz hər sözə diqqət edin.
- İnsan qəlbi ya Rəhmanın yeridir, ya da şeytanın (lən). Seçim – özünündür.
- Yersiz söhbətlərdən qaçın.
- Salik bu ayda elə təsəvvür etməlidir ki, sanki yenicə dünyaya gəlmişdir.
- Bu ayda salikin seyr yolu sürətlənər.
- Xəstələri ziyarət edin və qəbir əhlini unutmayın.
- Böyük alimlərin tövsiyələrini mütaliə edin.
- Rəcəb ayının ilk cümə gecəsinin əməllərinə diqqət edin.
- Bu ayda oruc tutun.
- Bu ayda Məsumları (ə) ziyarət edin.
- Bu ayda Quranı çox oxuyun.
- Bu ayda çoxlu təfəkkür edin.
- Rəcəb ayının zikrini davamlı şəkildə deyin.
- Biz möhtacıq, ancaq Allah müştaqdır.
Allah Təala bizlərə Rəcəb ayının nemətlərindən bəhrələnmək tofiqatını nəsib etsin./Deyerler.