Nə üçün bəzən moizə insana təsir etmir?
İmam Sadiq (ə) nəql edir ki, o zaman ki, Həzrət Peyğəmbər (s) Qiyamət barədə xəbər alardı, o kəs kimi olardı ki, güclü ordu tərəfindən anidən hücum təhlükəsi qarşısında qalmışdır. O zaman ki, cəhənnəmdən söz açılardı, mübarək üzü qızarardı. Çünki Peyğəmbər (s) “illiyinlər”in və “sicciyinlər”in əməllərinin nəticəsini müşahidə edərdi.
Ayətullah Cavadi Amuli buyurur: “Bəzi xətiblərin moizəsinin təsirsiz olmasının səbəbi budur ki, onlar dərd əhli deyildirlər. O kəs ki, atəşi görməz – onun sözləri təhlükə siqnalı verməz. Ancaq məadla tanış olanların bu sahəyə həm şühudi elmi vardır, həm də özləri atəşi görərlər. Onlar cəhənnəmdən xəbərdar insanlar olduqları üçün dərd əhlidirlər.
Əgər başqaları da Peyğəmbər (s) kimi bütün bunları görə bilsəydi, onlar da təhlükə siqnalı verərdilər. Bu siqnalın təsiri alimlərdə, xətiblərdə təzahür edərdi.
Əgər insana moizə, nəsihət təsir etmirsə, deməli qəlbi daşlaşmışdır. Əgər qəlbi daşlaşıbdırsa, heç bir xətibin sözü ona nüfuz edə bilməz”. (Hədənə)
Beləliklə, deyə bilərik ki, Həzrət Peyğəmbər (s) ən ali şühuda malik olduğu üçün, axirət haqqında gələn xəbərləri öz canı və ruhu ilə hiss edər və buna görə göz yaşı tökərdi. Həzrətin (s) mübarək siması təhlükənin şiddətindən qızarar və bədəni titrəyərdi. Çünki bunların hamısını müşahidə edərdi./Deyerler.