Qurani Kərimin Sad surəsi Əbu Cəhlin hansı əməlinə görə nazil olmuşdur?!


İmam Baqir (ə) buyurur: “Əbu Cəhl və Qureyşdən olan bir dəstə camaat Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına gəlirlər və deyirlər: “Qardaşınız oğlu bizə əziyyət verir və bizim tanrılarımızı narahat edir. Onu çağır və ona əmr et ki, bizim tanrılarımızdan əl çəksin”. Əbu Talib bir nəfəri Peyğəmbərin (s) dalınca göndərir. O zaman ki, Peyğəmbər (s) evə daxil olur və ətrafa baxır, Əbu Talibin yanında müşriklərdən başqasını görmür. Buyurur: “Salam o kəslərə ki, hidayət ardıncadırlar”. Sonra da əyləşir. Əbu Talib onların sözlərini Həzrətə (s) deyir. Peyğəmbər (s) cavabında buyurur: “Onlar bir cümlə ilə mənimlə razılaşmağa hazırdırlarmı ki, onun sayəsində bütün ərəbləri qabaqlasınlar və hökumət etsinlər”.

Əbu Cəhl vəcdə gəlib deyir: “Bəli, razıyıq. Məqsədin hansı cümlədir?”. Həzrət Peyğəmbər (s) buyurur: “Deyin ki, Allahdan başqa məbud yoxdur”. Onlar bu cümləni eşidən zaman o qədər dəhşətə gəldilər ki, əllərini qulaqlarına qoyub evdən xaric oldular. Dedilər: “Belə bir şeyi indiyə qədər eşitməmişdik, bu, bir yalandır”. Elə bu zaman “Sad” surəsi nazil olur”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter