Həzrət Yusif (ə) Peyğəmbər hakimiyyətə çatan zaman nə arzu etmişdi?


Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatır, belə bir dua edir: “Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür”. (“Əraf” 126).

Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatı,r Allaha dua edir ki, İlahi əmrlərə təslim olsun və müsəlman olan halda ölsün. Bu yolla öz hökumətini hər bir fitnə və fəsaddan qorumuş və onu İlahi inayət sayəsində sığorta etmiş olur.

Həzrət Yusifin (ə) bu duası onu göstərir ki, hökumət başında olanlar dövləti elə idarə etməlidir ki, Allahın əmrini yerinə yetirmiş olsunlar.
Dua, Allahın möminlərə əta etdiyi ən effektiv vasitədir. İnsan, dua vasitəsilə qanadlar əldə edər və bu qanadlar onu hər bir bəladan uzaqlaşdırar və Allaha yaxınlaşdırar. İnsanın ağır həyat yolunu onun üçün hamar və düz edər.

İmam Əli (ə) Allaha etdiyi dualardan birində buyurur: “Allahım, Sənə təvəkkül etməyi, təqdirindən razı olmağı, əmrinə təslim olmağı mənə minnət qoy ki, təxirə saldığın şeyə görə tələsməyi və ya o tələsdiyin şeyə görə təxirə salmağı sevməyim. Ey Aləmlərin Pərvərdigarı!”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter