And nədİr, neçə növdür, həqİqİ andın neçə şərtİ var?


And neçə növdür?
Cavab: And iki növdür?
1. Yaxşı bir işə görə içilən and. Məsələn, oruc tutmaq.
2. Pis bir işi tərk etmək üçün içilən and. Məsələn, siqareti tərk etmək.

Sual: Hansı andları pozduqda kəffarə vermək vacibdir?
Cavab: Bilərəkdən ixtiyari şəkildə andı pozmağın kəffarəsi var. Andını pozan şəxs ya bir bəndə azad etməli, ya on fəqiri doydurmalı, ya da üç gün oruc tutmalıdır.

Sual: Həqiqi andın neçə şərti var?
Cavab: And içən şəxs həddi-büluğ, ağıllı olmalı, şəri hakim ona öz malını sərf etməyi qadağan etməməlidir. And məqsədi və azad şəkildə içilməlidir.
Hansı işin görüləcəyinə and içilirsə, həmin iş haram və ya məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etmək üçün and içmək olmaz.
Allahın müqəddəs zatından qeyrisinə and içmək olmaz. Məsələn: «And olsun Allaha!».
Andı yazmaq və ya qəlbdən keçirmək olmaz. And dilə gətirilməlidir. Amma lal adam işarə ilə and içə bilər. Anda əməl etmək mümkün olmalıdır.

Sual: And içmək nə dərəcədə düzgündür?
Cavab: Doğrudan and içmək məkruh, yalandan and içmək isə haram və böyük günahdır. Amma insan özünü və ya bir müsəlmanı zalımın şərindən qurtarmaq üçün and içərsə, eybi yoxdur. Bəzən belə hallarda and içmək vacib olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter