Özünə dəyər verməyən insanın şərindən çəkin – İmam Nəqinin (ə) nəsihətlərindən


İmam Əliyyən-Nəqi (ə) biz müsəlmanlara bəzi nəsihətlər vermişdir ki, onlara diqqət edək və əməl edək:

- Nemətlər qısa bəhrələrdir, şükrün özü – nemətdir.
- Müəllim və şagird – tərəqqi və inkişaf etməkdə şərikdirlər.

- Danlamaq – xoşagəlməz sözlərin açarıdır, ancaq qəlbə kin salmaqdan daha yaxşıdır.
- Həsəddən uzaq ol, onun təsiri səndə zahir olacaqdır, düşməninə təsir etməyəcəkdir.

- Söz keşməkeşləri köklü dostluqları da belə, xarab edər.
- Təkəbbür insanı öyrənməkdən saxlayar.

- O kəsi ki, incitmisən – ondan səmimiyyət gözləmə.
- Allahın nemətləri ilə layiqli ticarət edin.

- Ata və anaya ehsan etməyi tərk etmək – tənhalığa səbəb olar, xar olmaqla sonlanar.
- Hər kim başqasından daha çox səbirli olarsa, təvazökarlığı da başqasından çox olar.

- Özünə dəyər verməyən insanın şərindən çəkin.
- Az arzular – ehtiyacsızlıqdır.

- Yoxsulluq – yəni tamahkarlıq və məyusluq.
- Giriftarlıq səbirli insan üçün 1 narahatlıq, hövsələsiz insan üçün isə 2 narahatlıqdır.

- Hər kim Allahın ardıcılı olar, insanların qəzəbindən qorxmaz.
- Dünya elə bazardır ki, bəziləri ondan bəhrələnər, bəziləri ziyan görərlər.

- O kəs ki, Allahı qəzəbləndirər, Allah insanların qəzəbini ona rəva edər. (Həvzəh)
Allah Təala bizlərə bu tövsiyələrə əməl etmək tofiqatını nəsib etsin!/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter