Varlı tacirin şəfası niyə baş tutmadı?


Nəql edirlər ki, İsfahanın məşhur tacirlərindən biri xəstələnir. Böyük alimlərdən olan mərhum Hacı Muhəmməd Cavad onun ziyarətinə gəlir. Onu xəstəliyin şiddətindən bihuş olmuş halda görür. Alim başa düşür ki, tacir ölmək təhlükəsindədir. Həmin tacirin pulu çox idi, odur ki, alim onun övladlarına buyurur ki, 14 min tümən sədəqə versinlər (yəqin ki, 14 Məsumun (ə) sayına uyğun olaraq). Bu məbləği yoxsullar arasında bölməyi tapşırır.

Ancaq tacirin övladları qəbul etmədilər. Alim vəziyyəti belə görüb, həmin evdən çıxıb gedir. Yanında olan şəxsə deyir ki, bunlar simiclik etdilər və sədəqə vermədilər. \"Ancaq bu insan bizim dostumuz olduğu üçün, onun bizim boynumuzda haqqı vardır. Ona görə dua etməliyik ki, Allah ona şəfa versin\".


Alimlər Hacının evinə toplaşırlar və Hacı dua üçün əllərini göyə qaldırır və deyir: “Allahım, Sən özün onu bağışla!”. Yanında olan dostu soruşur ki, bəs niyə şəfa istəmədiniz? Alim cavab verir: “Dua etmək istəyən zaman səs eşitdim ki, deyirdi: “Əstəğfirullah!”. Başa düşdüm ki, həmin tacir ölmüşdür və ona görə də mən onun bağışlanması üçün dua etdim”.

Tədqiq edirlər və görürlər ki, tacir elə həmin anda can vermişdir. Bu əhvalat bizlərə ibrət dərsi verir. Təəssüf ki, insan havayi-nəfsi üçün bu məbləğdən daha çoxunu xərcləməyə hazırdır, ancaq sədəqə vermək ona çətindir. İmam Sadiq (ə) buyurur: “Xəstələrinizi sədəqə ilə müalicə edin”.

Lakin bu, o demək deyildir ki, həkimə getmək lazım deyildir. Xeyr, insan həm həkimə getməli və həm də Allahdan istəməlidir.
Xəstəliklərin şəfa tapmasına yardım edən vasitələrdən biri də tövbə etməkdir. Əgər insan tövbə edərsə, Allah onun hacətini daha tez yerinə yetirər. (Həvzəh)

Ona görə sədəqə verməkdə simiclik etməyək və onu sahibinə çatdıraq ki, bizim üçün xeyir duaları etsin və bizi bir çox bəlalardan qorusun./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter