Hz İsanın (ə) dövründə Abidin cəzası və günahkarın mükafatı hansı əməllərinə görə idi?!


Bir gün Həzrət İsa (ə) bir səhradan keçirdi və yolüstü bir məbədə rast gəldi ki, abidlərdən biri orada yaşayırdı.

Həzrət (ə) onunla danışmağa başladı. Bu zaman nalayiq əməlləri ilə məşhur olan bir cavan oradan keçirdi. Həzrət İsanı (ə) və abidi görən zaman ayaqları süstləşdi və yeriyə bilmədi. Durduğu yerdən dedi: “Allahım, mən öz nalayiq rəftarımdan xəcalət çəkirəm. İndi əgər peyğəmbərin məni görsə və danlasa, nə edəcəyəm? Allahım, üzrümü qəbul et və abırımı aparma”.

Abid həmin cavanı görən kimi başını göyə qaldırdı və dedi: “Allahım! Məni Qiyamət günü bu günahkar cavanla məhşur etmə”.

Bu zaman Allah Təala Peyğəmbərinə (ə) vəhy edir ki, bu abidə de: “Mən duanı yerinə yetirdim. Səni bu cavanla məhşur etməyəcəyəm. Çünki o, tövbə etdiyi üçün behişt əhlindəndir. Sən isə qürur və təkəbbürünə görə cəhənnəm əhlindənsən”.

Bu hədis bizlər üçün ibrət dərsidir. Çünki bəzən elə olur ki, insan, Allahın vacibatlarını yerinə yetirdiyi üçün başqalarının yanında qürurlanır və fəxr edir. Onları özündən alçaq hesab edir və məzəmmət edir. Elə bilir ki, o, hamıdan daha üstündür, çünki namaz qılır, oruc tutur. Ancaq həqiqətdə belə deyildir. Öz ibadəti ilə qürurlanan abid, əlbəttə ki, təvazökar və tövbə etmiş günahkardan daha aşağı məqamda qərar tutar.


Çünki təkəbbür etmək həqiqi möminə yaraşmaz. Əgər mömindirsə, mütləq təvazökar olar və insanlara yuxarıdan aşağı baxmaz./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter