Qurani Kərim insanların hidayəti üçün hansı üç yoldan istifadə etmişdir?!


Müqəddəs Kitabımız olan Quranın zahiri gözəl, batini dərindir. Quran buyurur edir ki, insanları hidayət etmək üçün gəlmişdir. Bəs Quranda hansı hidayət yolları bəyan edilmişdir?

1. Dəlil gətirmək yolu. Qurani-Kərim bizlərlə dəfələrlə buyurur ki, onun ayə və surələri barəsində düşünək və təfəkkür edək. Bu yolla Quran bizləri dəlil gətirmə yoluna tərəf hidayət edər və təşviq edər. “Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır”. (“Ənbiya” 22).

“Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!”. (“Tur” 35).

Quran təfəkkür etmə yolu ilə insanları hidayət edir.


2. İmanlı təqlid yolu. Quranın təqdim etdiyi yollardan biri də təqliddir. Misal üçün, insanlar Peyğəmbərin (s) xidmətinə gələr və o Həzrətin (s) möcüzələrini görərək, Allaha iman gətirirdilər. Qiyamət və başqa mövzular haqqında sual verərək, yəqinə çatardılar. Məsum İmamlarla (ə) da bağlı eləcə.

Bu yol hidayətin imanlı təqlid yoludur. Bu, qətiyyən imanda təqlid deyil. Çünki, İslam dinində əqidədə təqlid yoxdur. Burada söhbət ondan gedir ki, insan bir Məsumun (ə) vasitəsilə Allahı dərk edə bilirlər.

3. Nəfsini islah etmə yolu. Əgər kiminsə dərs oxumağa fütsəti yoxdursa və əqaid, əhkamı öyrənə bilmirsə, o, yenə də hidayət şansını əldə edə bilər. Uca Allah buyurur ki, nəfsini islah etsən, hidayət ola bilərsən. “Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 99).

Yəni, insan əgər nəfsini islah edə bilərsə, o zaman yəqinə çata bilər və hidayət ola bilər. Əgər ölümün hər an onun ardınca olduğu həqiqətini dərk etsə, hidayət ola bilər. (Həvzəh)

Beləliklə deyə bilərik ki, Quran hidayət olmaq üçün bizə əsas üç yol təqdim etmişdir ki, hər biri insanı doğru yola yönəldər və batildən saxlayar.

Bu yollar ibarətdir: Quran ayələri barəsində təfəkkür etməkdən, Məsumlara (ə) imanlı təqlid etməkdən və nəfsini islah etməkdən./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter