İmam Zaman ağanın (ə.f) dördüncü naibindən sonra niyə xələf və xüsusi naiblik davam etmədi?!
İmam Zaman ağa (ə.f) qeybə çəkilən zaman insanlarla naibləri vasitəsilə əlaqə saxlamışdır. Onların dördüncüsü Şeyx Cəlil Əbul-Həsən Əli ibni Muhəmməd Səməri idi. Onun doğum tarixi məlum deyildir. İnsanlar onu İmam Həsən Əsgərinin (ə) səhabələrindən biri kimi tanıyırdılar.
O, Hüseyn ibni Ruhdan sonra üç il İmamın (ə.f) səfirliyini etmişdir. O, da başqa naiblər kimi etimad olunan təqvalı insan idi. Ancaq özündən əvvəlki üç səfirdən fərqli olaraq, geniş fəaliyyətə malik deyildi.
Çünki həmin zamanda cəmiyyəti zülm bürümüş və çox sayda günahsız insanların qanı tökülmüşdü. Ona görə də dördüncü naib vəfat edəndən sonra İmamın (ə.f) böyük qeybi başlayır.
Dördüncü naib vəfat etməzdən əvvəl İmamdan (ə.f) məktub alır və orada yazılmışdı ki, kiçik qeyb sona çatmış və böyük qeyb dövrü başlamaqdadır. Ona özündən sonra naib təyin etmək icazəsi verilmir.
Hədisi nəql edən yazır: “Bu məktubun gəlişindən 6 gün keçmişdi və mən Əli ibni Muhəmmədi görməyə getdim. O, can verən halda idi. Ondan soruşurlar ki, sənin vəsin kimdir? Deyir: “Allah tərəfindən əmr olunmuşdur ki, o, onun çatdıranıdır”. Bunu deyir və dünyasını dəyişir”.
Naib demək istəyir ki, yəni mən sonuncu naibəm və məndən sonra naib olmayacaqdır. Çünki Allah belə əmr etmişdir. Allah Özü İmamı (ə.f) olanlardan xəbərdar edəcəkdir. Heç kəs ona naiblik etməyəcəkdir, məgər mələklər və bəzi din alimlərindən başqa. /Deyerler.