İslam əxlaqı baxımından söyüş söyməyə səbəb olan səbəblər hansılardır?!


Söyüş söyməyə səbəb olan amillər hansılardır?

1. Qəzəb. O zaman ki, insan bir başqasına qəzəblənər, çalışar ki, ona əzab və əziyyət versin. Bu işi söyüş söyməklə yerinə yetirər.

2. Pis tərbiyə. İnsan əgər düzgün olmayan tərbiyə almışsa, ona yaxşısını-pisi düzgün başa salan olmamışsa, əlbəttə ki, onun dəyərlər sistemində xeyli problemlər olacaqdır. O cümlədən, insan pis söz deməyə sakit yanaşacaqdır.

3. Mühit. Mühitin insanın formalaşmasında böyük rolu vardır. Əgər insanın əhatəsində olanlar pis sözlərə loyal davranış sərgiləyirlərsə, həmin şəxs üçün bədağızlıq normal bir hal olacaqdır.

4. Vərdiş. O zaman ki, insan alçaq və rəzil insanlarla yoldaş olar, istər-istəməz onların pis sifətləri onun ruhuna da sirayət edər. Əvvəl onu dilinə gətirən zaman nə qədər çirkin olduğuna diqqət edər. Ancaq zaman keçdikcə ona adət edər və nə qədər alçaq söz olduğunu unudar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter