Təğabun sürəsində qeyd olunan Yəvmul-təğabun hansı gündür?


“Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər).
Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!”. (“Təğabun” 9).

Bu ayədə adı çəkilən təğabun günü – Qiyamət günüdür. Belə ki, məhz Qiyamət günündə insanların hansı dəstəyə aid olduqları aşkar və kəşf olacaqdır. Adətən məğbun o kəsə deyilir ki, etdiyi ticarətdə ziyana uğrayar. Qiyamət günü də elə gündür ki, orada ticarət edən insanların ziyana uğradıqları üzə çıxacaqdır. İnsanlar biləcəklər ki, dünyanın az nemətinə görə axirətlərindən bəhrəsiz qalıblar və ziyana uğrayıblar.
Kafirlər, münafiqlər və müşriklər bu dəstəyə aiddir.

Yəvmul-təğabun o gündür ki, cənnət əhli cəhənnəm əhlini ziyana salacaqlar. İmam Sadiq (ə) buyurur ki, cənnət əhli behiştdə bir məkana malik olacaqlar ki, cəhənnəm əhli üçün nəzərdə tutulmuşdur. Əgər müsəlman olsalar ki, heç, əgər olmasalar – behişt əhli ora daxil olar və onları əbədi ziyana salarlar.

Başqa sözlə desək, Qiyamət günü bəzi insanlar, bəziləri tərəfindən ziyana uğrayacaqlar. Yuxarıdakı ayə demək istəyir ki, o zaman ki, Allah insanları Qiyamətdə toplayacaqdır, hər bir kəsin ziyanı üzə çıxacaqdır. Dünyada etdikləri əməlin nəticəsini görəcəklər. Kafirlər dünyaya bağlandıqları və axirətdən bəhrə aparmadıqlarına görə ən çox ziyan görmüş insanlar olacaqlar.

Məhz Qiyamət günü məğbunların kim olduğu aşkar olacaqdır. Yəni, insanlar bilərəkdən etdikləri günahın ziyanını görəcək və onu hiss edəcəklər. Bu zaman təəssüflənəcəklər ki, kafir olub və axirətdən qafil olublar. Hətta yoxsullar belə təəssüf edəcəklər ki, ey kaş, dünyada olan zaman insanlardan sədəqə almaz və onun əvəzini axirətdə Allahdan istəyərdilər.
Batil əhli deyər ki, ey kaş, iman gətirərdim və saleh əməl görərdim ki, cəhənnəmdən azad olardım.

O zaman ki, insanlar Qiyamət günü cəm olacaqlar, çarcı car çəkəcəkdir ki, iman əhlindən o kəslər ayağa qalxsınlar ki, gecə ibadəti ilə məşğul olublar. Çox az insan ayağa qalxacaqdır və behiştə tərəf gedəcəkdir. (Beytutə)

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü İlahi övliyalardan başqa hər bir kəs həsrət çəkməkdən amanda olmayacaqdır. Hətta müsəlmanlar belə. Çünki onlar əməllərinin qəbul olub-olmamasından qorxarlar. Allah Təala bizləri həmin gün xilas olunanlardan qərar versin!

[/right][right]
/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter