Müqəddəs dinimizdə tələsmək bəyənilməsə də hansı əməllərdə tələsmək yaxşıdır?!


Baxmayaraq ki, tələskənlik – bir çox hallarda bəyənilməyən əməldir, ancaq bəzi işlərdə tələsmək müsbət bir hal kimi qiymətləndirilir.

1. Xeyir işlərdə. “Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın”. (“Bəqərə” 148).

2. Şər ilə mübarizə aparan zaman. İmam Əli (ə) buyurur: “Tələsmək hər bir işdə bəyənilməyəndir, məgər şəri dəf etmək məqamından başqa”.

3. Bəxşiş edən zaman. İmam Əli (ə) buyurur: “Səxavətin başı, bəxşiş edən zaman tələsməkdədir”.

4. Günahı tərk edən zaman. “Tələsmək bəyənilməyəndir, məgər günahı tərk etməkdən başqa”.

5. Meyiti dəfn edən zaman.

6. Namazı vaxtında əda etmək üçün. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey gərək təxirə salınmasın: namazın vaxtı gəlib çatan zaman, cənazə basdırılmağa hazır olan zaman, münasib həyat yoldaşı tapan zaman qadının ərə getməsi”.

7. Ərə getməyə hazır olan qızları ərə verməkdə tələsmək.

8. Tövbə edən zaman. İmam Əli (ə) buyurur: “Əgər günaha düçar olmusansa, onu tövbə ilə məhv etmək üçün tələs”.

9. Mənəvi mövzularda. İmam Əli (ə) buyurur: “Nə zaman axirət işləri meydana gələr, ona başla. Nə zaman dünya işləri meydana gələr, onda tələsmə ki, doğruluğuna əmin olasan”.

10. İnsanların giriftarlıqlarını həll edən zaman.

11. Heyvanın boğazını kəsən zaman tələsin ki, daha az əziyyət çəksin.

12. Gündəlik namazların qəzasını qılmaqda tələsin.

13. Müstəhəbdir ki, müsafir vətəninə tez çatmağa tələssin. (Həvzəh)/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter