Zəkat kİmə verİlməlİdİr?
Cavab: Zəkat fəqirə, miskinə, İmam və İmamın naibi tərəfindən zəkat toplamaq əmr olunmuş kəsə, zəkat vasitəsi ilə İslama meyl edəcək kafirə, qulların azad olunmasına, borcunu ödəyə bilməyənin borcunun ödənməsinə, Allah yolunda müəyyən işlərə, yolda qalmış müsafirə xərclənə bilər. Zəkatı müctəhidin icazəsi olmadan da sərf etmək olar.