Qəbir sıxıntısı nə zaman başlayıb, nə zaman bitər?
Qəbir əzabı ancaq qəbrə qoyulanın ilk gecəsi olmaz. Hətta, insanın bərzəx aləmində olduğu bütün zamanı da belə, əhatə edə bilər. Hədislərimizin buyurduğu ilk qəbir gecəsi – bizim dünyada olan ilk gecə hesab olunmur. Çünki bərzəx aləmində gecə və gündüz olmur.
Axı orada Günəş yoxdur ki, gündüz olsun.
Hədislər buyurur ki, əgər meyiti səhər çağı dəfn edərlərsə, həmin anda mələklər onu sorğu-sual etmək üçün gələrlər. Bu əzab ilk sur çalınana qədər davam edər. Qəbir əzabını bərzəx bədəni çəkər.
Əgər mömin az günahla dünyadan gedərsə, çox az qəbir əzabı çəkər.
Ancaq bu, o demək deyildir ki, hər bir təqvalı insan qəbir əzabı çəkməz. Əgər Allah Təala möminə qəbir əzabı verirsə, zay etdiyi nemətlərə görə olar.
Səd ibni Məazın qəbir əzabı kimi. Ailəsində kobud rəftar etdiyinə görə hətta Məaz kimi bir insan qəbir əzabı çəkmişdir. Allah Təala bizləri bu əzabdan amanda saxlasın! /Deyerler.