Yezidin (lən) oğlu, ata-babalarının əməllərindən peşman oldumu?
Yezidin (lən) oğlunun adı Müaviyyə idi. Muaviyyə ibni Yezid (lən) ibni Müaviyyə (lən) adlı bu insanın anası – Bəni-Haşimdən olan Utbə ibni Rəbiyyənin qızı idi.
O, Yeziddən (lən) sonra 4 ay xəlifəlik etmişdir.
Müaviyyə ibni Yezid (lən) insanlara dediyi xütbələrin birində bəyan edir:
“Ey insanlar! Biz sizə giriftar olmuşuq və siz də bizə giriftar olmusunuz. Sizin bizə qarşı tüğyanınızdan xəbərsiz deyiləm.
Bilin ki, cəddim Müaviyyə ibni Əbu Süfyan hökumət üstündə elə insanla döyüşə girdi ki, o, hökumət üçün daha layiqli idi. Müsəlman olmaqda daha çox ləyaqəti var idi. İlk mömin olan insan idi.
O, Allahın göndərdiyi Rəsulun (s) əmisi oğlu idi və xatəm Peyğəmbərin (s) yadigarlarının atası idi. Onun sizinlə münasibətləri bilirsiniz. Siz də ona etdiklərinizi inkar edə bilməzsiniz.
O zaman ki, atam hökuməti öz əlinə aldı, halbuki xəlifə olmağa layiq deyildi, həvəs atına mindi və öz səhvini yaxşı iş kimi tanıtdı. Günaha düçar oldu və etdiklərinin əsiri oldu”.
Bu zaman Müaviyyə ibn Yezid ağladı və davamında dedi: “Bizim ən böyük dərdimiz budur ki, onun (Yezidin) yerinin necə pis olduğunu yaxşı bilirik. O, Peyğəmbərin (s) Əhli-Beytini (ə) öldürdü və hərəmin hörmətini aradan apardı. Kəbəni yandırdı.
Mən sizin hökuməti üzərinə götürən insan deyiləm. Əməllərinizin nəticəsi olan yüklərin altına da girmirəm.
Bu siz və bu da hökumət.
Allaha and olsun ki, əgər dünya qənimət olsa, biz ondan bəhrələnərik.
Əgər şər olsa o miqdar ki, Əbu Süfyan nəsli ona çatıbdır – bəsləridir”. (Həvzəh)
Beləliklə, Yezidin (lən) oğlu Müaviyyə ata-babalarının yolunun səhv olmasını iqrar etdi, onların yolunu getmədi və xəlifəlikdən imtina etdi. Eyni zamanda o, Əhli-Beytin (ə) haqqini da təsdiq etdi./Deyerler.