İmam Kazıma (ə) görə tökdüyü göz yaşları qəbirdə necə karına gəldi?


Təqva əhli olan bir nəfər nəql edir: “Mənim bir dostum var idi ki, indi dünyasını dəyişmişdir. Bir gün onu yuxuda gördüm və gözəl yerdə qərar tutduğunu müşahidə etdim. Ondan bu məqama çatmağın səbəbini soruşdum. Mənə dedi: “İmam Musa Kazımın (ə) məzlumiyyəti üçün tökdüyüm göz yaşlarına görə”.

Dedim: “Necə?”.

Dedi: “Bu göz yaşlarım çox xaliscəsinə idi. Qəbrin ilk gecəsində mənə xitab olundu ki, göz yaşların çox xalis olduğu üçün bu göz yaşlarını qəbul etdik.

Belə ki, şəhərin böyük alimlərindən biri dünyasını dəyişmişdi. Bütün şəhərdə tətil idi. Şəhəri qara rəngə boyadılar və sinə vurmağa başladılar. Yüz mindən çox insandan ibarət toplum onun cənazəsinin ətrafını alıb, göz yaşı tökürdülər. Mən bu cənazə mərasimini görüb qəhərləndim və ürəyimdə düşündüm ki, görəsən İmam Kazımın (ə) cənazə mərasimi necə qəribcəsinə keçmişdir. Bir alim dünyadan gedib və insanlar bu qədər əza sxlayırlar. Ancaq İmam (ə) üçün bu cür göz yaşı tökülməmişdi.

Qəhərləndim və ürək yanğısı ilə ağlamağa başladım. Bu göz yaşlarım qəbrin ilk gecəsində mənə çox yardım etdi. Gördüyüm bu məqam da həmin göz yaşlarına görədir””. (Tebyan)

İmam Kazım (ə) buyururdu ki, mən Allahdan xəlvət yer istəyirdim və Allah məni arzuma çatdırdı və məni zindanda xəlvət etdi. Ancaq İmama (ə) bu zindanda çoxlu işgəncələr verirdilər. Mübarək əllərinə, ayaqlarına zəncir vururdular və bu zəncirlər onun sümüyünə qədər işləmişdi. İmam (ə) şəhid olan zaman cənazəsini Bağdad körpüsünün yanına gətirdilər və Əhli-Beyt (ə) davamçılarına xəbər verdilər. Cənazə mərasimi çox sadə keçmişdi.

Ona görə də İmamın (ə) məzlumiyyətinə göz yaşı tökməyə səbəb vardır.

Allahım, İmam Kazımın (ə) çəkdiyi o əziyyətlərə xatir, bizi doğru yoldan azdırma və bizi İmamın (ə) həqiqi davamçılarından qərar ver!/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter