Bütpərəstin İmam Zaman ağadan (ə.f) xahişi nə olmuşdur?!


Hindistanda yaşayan Əhli-Beyt (ə) davamçılarından olan bir seyid nəql edir: “Bir gün insanlar arasında etibara malik olan bütpərəst bir kişi mənə dedi: “Məni qətl etməklə ittiham edirlər. Hər nə qədər səy göstərdimsə, günahsız olduğumu sübut edə bilmədim. Məni bazar ertəsi günü edam edəcəklər. Əlimi hər şeydən üzmüşəm. Siz mənə yardım edə bilərsinizmi?”.

Seyid deyir: “Öz-özümə düşündüm ki, axı bu insan bütpərəstdir, ancaq İmam Zaman ağa (ə.f) – hamının İmamıdır. Bu şəxs də insan olduğu üçün İmamın (ə.f) rəhmət bulağından bəhrələnə bilər.

Ona görə də ona dedim: “Cümə gününün səhəri əyninə təmiz paltar geyin və müsəlmanların qəbiristanlığına get.

Orada səslə: “Ya Əba Saleh Məhdi (ə.f)!”.

Bizim əqidəmizə görə, hər kim çətinliyə düşərsə, İmam (ə.f) ona yardım edər. Sən də Həzrətə (ə.f) təvəssül et ki, nicat tapasan”.



Bütpərəst belə də edir və sonra seyidə deyir: “Mən sənin dediklərini etdikdən sonra yanıma bir nəfər gəldi və buyurdu: “Çətinliyin nədədir?”.

Ona başıma gələnləri danışdım. Dedim: “Məni Seyyid adlı bir nəfər sizə yönəltmişdir ki, sizə təvəssül edəm”.

Həmin şəxs mənə dedi: “Sənin çətinliyin həll oldu. Nigaran olma!”.


Dedim: “Mənim müsəlman olmadığıma baxmayaraq, siz mənim çətinliyimi həll etdiniz. Bəs niyə sizə etiqad bəsləyən müsəlmanların çətiliklərini belə asan həll etmirsiniz?”.

O, buyurdu: “Əgər müsəlmanlar sənin indiki halınla məndən yardım istəsələr, onların da çətinliyini həll edərəm”.


Həmin şəxs bazar ertəsi günü edam olunmaq qorxusu ilə məhkəməyə gedir və ona deyirlər ki, sən azadsan və günahkar deyilsən.

O, deyir: “Mən hökmün necə dəyişməsini heç başa düşmədim. Halbuki, tanınmış vəkillər məni müdafiə edirdilər, ancaq nəticəsiz qalırdı.

İmama (ə.f) təvəssül etmək çətinliyimi həll etdi. Hakim fikrini dəyişdirdi və məni azad etdi”. --Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter