Duanın yerinə yetirilməməsi insana xeyir gətirə bilərmi?


Bəzən insan elə dua edir ki, onun xeyirinə olmaz. O hacəti dünyada ona verməzlər. Ancaq Qiyamət günü verərlər. Bəndə deyər: “Allahım, bu nədir?”.

Allah Təala buyurar: “Bu duanı dünyada olan zaman etmişdin və Biz də onu xeyirli hesab etmədiyimiz üçün, Qiyamət günü sənə veririk”.
Təəccüb edər və deyər: “Nə qəribə! Kaş ki, mənim dualarımın heç biri yerinə yetməzdi. Onların hamısını indi mənə verərdilər. Bura daha yaxşıdır”.


Çox zaman övladlar valideynlərinə deyərlər ki, mənə şirin bir şey verin. Ancaq o, axşam yeməyini yemədiyi üçün ona şirin şey verməyi faydalı hesab etməzlər. Çünki onlar uşaqlarını sevirlər və hətta özləri ac qalar, amma axırıncı tikəni övladlarına yedizdirərlər.

Bəzən də elə olur ki, uşaq bir şey istəyir, ancaq anası onun faydalı olmadığını görüb onu uşağına vermir. Misal üçün, fast-fud yeməklər uşaq üçün xeyirli deyildir. Ana da ona görə onu uşağa vermir.

Allah da bəndəsinə elə edir. Bəzən Ondan elə şeylər istəyirik ki, həmin şey bizim xeyirimizə deyildir. Ancaq biz bunu dərk etmirik.

Bunu yadda saxlamaq lazımdır ki, Allah o dualarımızı ki, yerinə yetirir – bizim faydamıza olan şeylərdir. O dualar ki, həyata keçməz – deməli bizim ziyanımıza ola bilər. Ona görə də narazı qalmaq lazım deyildir ki, Allah sərvəti birinə verib, o birisinə yox. Ya elmi birinə verib, o birisinə deyil. Allahın hər bir işdə hikməti vardır.

Eləcə də bizə verdiklərində və vermədiklərində. Allah Təala bizlərə həqiqi təvəkkül nəsib etsin!/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter