Hansı şeylərə xüms verİlməlİdİr və nələrə xüms düşmür?
Cavab: Yeddi şeyin xümsünü vermək vacibdir: illik mənfəət; (İllik mənfəət dedikdə insanın özünün və ailəsinin illik xərclərini ödədikdən sonra artıq qalan mənfəət nəzərdə tutulur. Bu mənfəətin xümsü, yəni beşdə biri verilməlidir.)
Mədən;
Xəzinə;
Harama qarışmış halal mal;
Suya batmaqla əldə edilmiş cavahir;
Döyüş qəniməti;
Zimmi kafirin müsəlmandan aldığı torpaq.
Sual: Nələrə xüms düşmür?
Cavab: Hədiyyəyə, qadının aldığı mehriyyəyə, xüms verən kəsdən qalmış irsə, kafirdən və ya xümsə əqidəsi olmayan adamdan ələ gələn mala, satış üçün alınmış malın il ərzindəki qiymət artımına, il boyu alınmış ehtiyac duyulan şeylərə, fəqirin xüms, zəkat, sədəqə kimi aldığı məbləğə.