Cəhənnəmə daxil olacaq ilk kəslər kimdir?
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü 7 nəfərin əzabı başqalarından daha şiddətli olacaqdır:
- Qardaşını öldürən Adəm (ə) övladının;
- Nəmrudun ki, Həzrət İbrahimlə (ə) Allahla bağlı mübahisə edir və Allahı inkar edirdi;
- Bəni-İsrayildən olan iki nəfərin ki, öz qövmlərini yəhudi və xristian etmişdilər;
- Firon ki, deyirdi: “Mən sizin Allahınızdan daha ucayam”.
- İki nəfər bu ümmətdən ki, onların biri o birisindən daha pisdir və şüşə tabutda cəhənnəmin alt qatında atəş dənizində qərar tutur”.
Hədisi nəql edən yazır: “İmam Baqirdən (ə) soruşdum ki, cəhənnəmə ilk daxil olan kəs kimdir?
İmam (ə) buyurdu: “İblis və iki başqa nəfər ki, biri sağında və o birisi solundadırlar”.
İshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqə (ə) cəhənnəmə daxil olacaq o iki nəfər barəsində sual verdim və Həzrət buyurdu: “Ey İshaq! Birincisi dana kimidir və ikincisi Samiri kimidir”.
Dedim: “Lütfən daha çox məlumat verin!”.
Həzrət (ə) buyurdu: “Allaha and olsun ki, onlar bir dəstəni yəhudi, xristian və zərdüşt etdilər. Allah onların bu işini bağışlamadı”.
Dedim: “Lütfən daha çox məlumat verin!”.
İmam (ə) buyurdu: “Allah üç nəfərə rəhmət nəzəri salmaz. Onları pak etməz. Onlar üçün ağrılı əzab hazırlanmışdır”.
Soruşdum: “Onlar kimlərdir?”.
İmam (ə) buyurdu: “O kəsdir ki, Allahdan qeyrisi tərəfindən İmamət iddiasında olmuşdur, ya Allah tərəfindən olan İmamı (ə) söymüşdür, ya da güman etmişdir ki, o iki nəfər İslamdan bəhrə aparmışdır”.
Dedim: “Lütfən daha çox məlumat verin”.
Buyurdu: “Ey İshaq! Mənim üçün fərqi yoxdur ki, Quranın möhkəm ayəsi məhv edilsin. Həzrət Muhəmmədin (s) peyğəmbər olması inkar edilsin. Güman edilsin ki, asimanlarda Allah yoxdur. Ya İmamət mövzusunda İmam Əli (ə) qabaqlansın. Bu işlərin günahı Əmirəl-möminin (ə) İmamətliyini inkar etməyin günahına bərabərdir”.
Dedim: “Lütfən daha çox məlumat verin”
Buyurdu: “Ey İshaq! Həqiqətən cəhənnəmdə Səqər adlı dərə vardır ki, Allah onu yaratdığı zamandan bəri nəfəs almamışdır. Əgər Allah iynənin ucu qədər ona tənəffüs etməyə icazə verərsə, şübhəsiz yer əhlini atəş bürüyər. Cəhənnəm əhli isə istidən, pis iydən və Allahın bu dərə əhli üçün hazırladığı əzabdan qaçandırlar.
Şübhəsiz ki, bu dərədə bir dağ vardır ki, bu dərədə olan hər kəs istidən, pis iydən, pisliklərdən və Allahın bu dərənin əhli üçün hazırladığı əzablardan qaçandırlar.
Şübhəsiz orada bir quyu vardır ki, bütün quyu əhli pis iydən, pisliklərdən, Allahın onlar üçün hazırladığı zəhərlərdən qaçandırlar.
Bu quyunun qarnında 7 sandıq vardır ki, keçmiş ümmətlərdən beş nəfər və iki nəfər bu ümmətdən oradadırlar. O beş nəfər ibarətdirlər: Habili öldürən Qabil, Nəmrud, Firon, Yəhuda, Buləs və bu ümmətdən olan iki səhra adamı”. (İslami saytlara istinadən)/Deyerler.