Yersiz ümiddən necə qurtulmaq? Loğmanın ağasına verdiyi dərs
Loğmanın bir ağası var idi ki, Allaha inanırdı, ancaq yersiz ümidə malik idi. Bir gecə yatağında yatmışdı və Loğman onu oyadıb deyir ki, ağacan, gecə namazının karvanı getməkdədir. Ayağa qalx və bu karvana qoşul. Ağası deyir: “Yuxum gəlir, Allah – rəhimlilərin ən Rəhimlisidir”.
Loğman sübh açılana qədər onu ayağa qaldırmağa çalışır. Ancaq o, dediyinin üzərində dayanır ki, Allah Ərhəmər-rahimindir. Ona görə də səhərə qədər yatır.
Səhər yuxudan duran zaman Loğmana bir qədər buğda verir və deyir: “Get, filan tarlada bunları ək və qayıt”.
Loğman ağasını tənbeh etmək üçün ələf və alaq toxumlarından götürür və həmin tarlada əkir. Bu hadisədən 20 gün keçmişdi. Bu ikisi həmin tarlaya gedirlər və ağası görür ki, tarlasında ələf və alaq bitmişdir.
Loğmandan soruşur ki, bəs sən buğdanı əkmədim?
Deyir: “Xeyr. Buğda baha idi və mən də buğda yerinə alaq toxumu əkdim. İnşəallah, Allah sənə buğda verər”.
Ağası çox qəzəbləndi və dedi: “Dəli olmusan?! Məgər alaq toxumu əkib, buğda əldə etmək olarmı?”.
Loğman dedi: “Ağa, mən bunu səndən öyrənmişəm. Məgər gecənin əvvəlindən axırına qədər yatmaq olarmı? Deyirsən ki, Allah Ərhəmər-rahimindir və bu sözlə özünü behiştlik etmək istəyirsən. Məlumdur ki, bu, düzgün deyildir”.
Çox təəssüf ki, insanların əksər hissəsi bu cürdür. Yəni, səy göstərmədən və zəhmət çəkmədən məqsədlərinə çatmaq istəyirlər. Məlumdur ki, bu, yanlışdır. (Həvzəh)
İnsan gərək əməllərini artırsın, keyfiyyətini gücləndirsin və Allaha təvəkküllə yaşasın./Deyerler.