Niyə ölümdən sonrakı sirlər gizlidir?
İmam Əli (ə) “Nəhcul-bəlağə”də ölümdən sonra gizli olan sirlər barəsində buyurur: “O şeyi ki, ölülər görürlər, əgər siz görsəydiniz – səbirsiz olub, qorxardınız. Eşidib, itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər, sizlər üçün gizlidir. Pərdələrin enməsi yaxındır”.
İnsan gözü ilə ölümdən sonrakı sirləri görsə, onun iman gətirməsinin dəyəri olmaz. Necə ki, təhlükə gözünün qarşısında olan insanın bu təhlükədən qorunması kimi. Bir də var insan əqli təhlillə hansısa təhlükəni dərk edir və ondan qorunur – bu halda onun seçimi daha dəyərlidir.
İnsan əqli ilə, daxili inamı ilə iman gətirməlidir. O, ölümdən sonra olan sirlərə bələd olsa, onun imanının dəyəri çox aşağı olan. Gözü ilə görmədiyinə, əqli və şühudu ilə dərk etdiyinə iman gətirməsi isə çox dəyərlidir.
İmam Əli (ə) başqa yerdə buyurur: “Dünyada həqiqəti insana nişan verərlər. Əgər doğru baxa bilsələr, haqq səsinə qulaq assalar – elə bu dünyada nəsihət verən ibrətləri bütün insanlar görərlər”.
İmam Əli (ə) buyurur: “Qiyamət sizin qarşınızdadır, ölüm başınızın arxasında sizi qovar. Yükünüz yüngül olsun ki, çata biləsiniz. Həqiqətən, o kəslər ki, gediblər – sizin intizarınızdadırlar”. (Beytutə)
İmam Əlinin (ə) sözləri zahirdə qısa olsa da, çox hikmətli və mənalıdır. Bu çox mənalı sözlər insana maarif susuzluğu gətirir ki, onu ancaq hikmətlə aradan qaldırmaq olar./Deyerler.