Hansı 11 əmələ diqqət etməklə müsəlman Şeytanı çarəsiz edə bilər?!


O kəslər ki, suluk dərəcəsinə çatıblar, səmanın yeddinci qatını kəşf etdiklərini iddia edirlər. Şeytanın (lən) da şühudu var idi, ancaq bu halda sürgün edildi. Bəs niyə? Çünki abid deyildi. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) bir gün şeytanı Məscidul-Həramda görür.

Ona yaxın gedir və deyir: “Ey məlun, niyə narahatsan?”. Şeytan (lən) deyir: “Bu qədər səy edirəm ki, insanları yolundan azdıram, ancaq sən Qiyamət günü onlara şəfaət verəcəksən. Mənim bütün zəhmətlərimi hədər edirsən. Ona görə də səninlə düşmənəm”. Həzrət (s) buyurur: “Mənim ümmətimdən niyə narahatsan?”.


Şeytan deyir: “Sənin ümmətinin elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərdə yoxdur:

1. Nə zaman bir-biri ilə üzləşsələr, salam verərlər. Salam – Allahın adıdır və mən bu addan qorxuram.
2. Nə zaman bir-birini görsələr, bir-birinə əl verərlər. Əlləri bir-birindən ayrılmamış, onların günahları bağışlanar.

3. Nə zaman yemək yemək istəsələr, “Bismillah” deyərlər.
4. Yedikdən sonra “Əlhəmdulilləh” deyərlər. Mən də yemək yeyə bilmirəm və ac qalıram.


5. Nə zaman sənin adını eşitsələr, yüksək səslə salavat deyərlər. Onun savabı o qədər çoxdur ki, mən qaçaram.
6. Bir iş görmək istəyəndə, “İnşəallah” deyərlər. Mən həmin işə qarışa bilmirəm.

7. Sədəqə verərlər. O zaman ki, sədəqə verərlər – həm günahları bağışlanar və həm də 70 növ bəlanı özlərindən dəf edərlər.
8. Onlar Quran oxuyarlar. O evdə ki, Quran oxunar, mənim üçün yer qalmaz. O evə mələklər gedib-gələrlər.

9. Məni çoxlu lənətləyərlər. Hər lənətə görə mənə bir yara dəyər və o zamana qədər ki, həmin şəxsi yolundan azdırmaram – onlar sağalmaz.
10. Günah edən zaman tez bir şəkildə tövbə edərlər. Mənim zəhmətimi hədər edərlər.

11. O zaman ki, asqırarlar, Əlhəmdulillah deyərlər”. Allah Təala bizləri şeytanın (lən) şərindən qorusun!/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter