İmam Baqir (ə) və İmam Sadiqin (ə) göstərişində böyük günahların bağışlanma yolu hansıdır?!
Ravəndi nəql edir: “Həzrət İmam Baqir (ə) oğlu İmam Sadiqlə (ə) Məkkəyə gəlirlər ki, həcc əməlini yerinə yetirsinlər. Məscidul-haramda Kəbəyə yaxın yerdə əyləşirlər. Bir nəfər onlara yaxınlaşır və deyir: “Sualım vardır”.
İmam Baqir (ə) buyurur: “Oğlum Cəfərdən soruş!”
Həmin şəxs deyir: “Böyük günahlara batan insanın hökmü nədir?”.
İmam Sadiq (ə) buyurur: “Ramazan ayında bilərəkdən orucunu yemişdir?”.
Deyir: “Ondan daha böyük günah etmişdir”.
İmam: “Ramazan ayında zina etmişdir?”.
Deyir: “Ondan da böyük günah etmişdir”.
İmam: “Günahsız insanı öldürmüşdür?”.
Deyir: “Ondan da böyüyünü”.
İmam: “Əgər İmamları (ə) və Əmirəl-möminini (ə) sevənlərdəndirsə, gərək Kəbə evinə gəlib tövbə etsin. Sonra and içsin ki, artıq o cür günah işlətməyəcəkdir.
Ancaq əgər müxaliflərdən olarsa, tövbənin qəbul olma yolu onun üçün olmaz.
Deyir: “Allah, siz Həzrət Zəhranın (s.ə) övladlarını öz rəhmətində qərar vermişdir. Mən bu cür cavabı Peyğəmbərdən (s) də eşitmişdim”.
Sonra xüdahafizləşib gedir.
İmam Baqir (ə) İmam Sadiqə (ə) buyurur: “Bu şəxs Həzrət Xızr idi ki, səni insanlara tanıtmaq istəyirdi”. /Deyerler.org/