Niyə mələklər insanların əməllərini yazırlar?


Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Niyə mələklər insanın yaxşı və pis əməllərini yazmaqla vəzifələniblər? Halbuki bilirik ki, heç bir şey Allahdan gizli deyildir?”.

İmam (ə) cavabında buyurur: “Allah bu mələkləri Öz ibadətinə dəvət etmişdir. Onları bəndələrə şahid qərar vermişdir ki, bəndələr onların nəzarəti ilə daha çox İlahi ibadətə riayət etsinlər. Ona üsyan etməkdən daha çox narahat olsunlar. O qədər bəndələr vardır ki, günah etməyi qərara alırlar, sonra mələkləri yada salırlar və çəkinirlər.

Deyirlər: “Allah məni görür. Əməllərə hafiz olan mələklər də şəhadət verirlər”.

Bundan başqa, Allah rəhməti və lütfü sayəsində onları bəndələrə məmur etmişdir ki, Allahın əmri ilə üsyankar şeytanları onlardan uzaq etsinlər. Həmçinin onların görə bilmədiyi yerdə olan vəhşi heyvanları və bəlaları uzaq etsinlər, o zamana qədər ki, onların ölümü gəlib çatar”. (Beytutə)



Bu hədisdən aydın görmək olur ki, bu mələklərin əməlləri yazmaqdan başqa, insanı qorumaq kimi vəzifələri də vardır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter