Niyə insan bəzən dini maarifi dərk etməkdən məhrum olar?


Allah Təala buyurur: “Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam).

Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir”. (“Əraf”, 146).

Başqa yerdə buyurulur: “Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq)». Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan)döndərdi”. (“Tövbə”, 127).



Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, o kəs ki, bilərəkdən təkəbbür edər, Allah onun qəlbini haqqı dərk etməkdən saxlayar. O kəslər ki, imanlarının zəif olmasına görə Allahdan üz döndərərlər – Allah da onların qəlbini Quran maarifini dərk etməkdən saxlayar.



Başqa yerdə buyurur: “Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər.

Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər.

Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar).

(Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?”. (“Əraf” 169).



Yəni, o kəslər ki, dünya nemətinə bağlanarlar və axirətlərini dünyaya satarlar – Allah onun qəlblərini din maarifini dərk etməkdən saxlayar. Quran xəbərdarlıq edir ki, əgər dünyaya qərq olsan, ziyan görmüşlərdən olar və təyyib həyatı tərk edərsən.



Allah Təala Qurani inkar edənlərlə bağlı Həzrət Peyğəmbərə (s) buyurur: “Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur)”. (“İsra” 45).



Günah, bir pərdəyə çevrilər və insana din maarifini dərk etməkdən saxlayar və həqiqətləri görməkdən məhrum olar. İmam Kazım (ə) buyurur: “Sübhan Allah ilə xəlqi arasında, xəlqin özündən başqa hicab olmaz”. (Həvzəh)



Əgər Allah ilə bəndəsi arasında hicab olar, insan İlahi rəhmətdən və bir çox fəzilətlərdən məhrum olar və Allah qürbünə yaxınlaşa bilməz. O, təkamül etməz və dünyaya bağlanar. Şeytanın (lən) qulu olar və haqqı batildən ayıra bilməz.

Belə insan, artıq insan olmaqdan çıxar və şeytanın qulu olar. Və artıq onun hidayət olması üçün qapı qalmaz.

Çünki günahı onu vadar edir ki, tövbəni təxirə salsın və nəticədə isə kafir halında ölər. Bu cür həyatı nə insan istəyər, nə də Allah insanı bu cür həyat üçün yaratmışdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter