Hz Peyğəmbərin (s) hədisinə əsasən Sirat körpüsü və cəhənnəm atəşindən azad edən zikr?!
Quranda ən çox rast gəldiyimiz zikr ki, 114 dəfə təkrar edilmişdir – “Bismilləhir-Rahmənir-Rahim” zikridir.
Həzrət Peyğəmbər (s) buyurur: ““Bismilləhir-Rahmənir-Rahim” – Allahın əzəmətli adına gözün ağının qarasına yaxın olduğu qədər yaxındır”. Allahın əzəmətli adı isə qürb məqamı deməkdir.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O zaman ki, bəndə bu zikrə adət edər, Siratdan keçmək istəyəndə adəti üzrə bu zikri dilinə gətirər. Elə ki, bu zikri deyər – nur əmələ gələr və ona deyilər: “Atəşdən keç!”. Bu ayənin bərəkətinə görə cəhənnəm atəşi sönər və o, rahatlıqla keçər”.
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müəllim uşağa “Bismilləhir-Rahmənir-Rahim” zikrini öyrədər, uşaq bu zikri öyrənən kimi deyər: “Bismilləhir-Rahmənir-Rahim”, bu, həmin uşaq üçün, ata və anası üçün, müəllimi üçün atəşdən bəraət olar”. Hədislərimiz buyurur ki, hər kim övladına bu zikri öyrədərsə, behiştlik olar./Deyerler.