İslam şəriətinin hökmlərinə əməl etməkdə vasvas olanlar bu məsələrə diqqət yetirməlidir?!
Vasvası insan əslində ruhi xəstədir ki, bu xəstliyini dərk edib, onunla mübarizə aparmalıdır. Əks halda yerinə yetirdiyi ibadi əməlləri puç olar və ona ziyandan başqasını gətirməz. Bütün əməllərini boşa verər. Bəs bunun üçün hansı tövsiyələr vardır?
1. Müqəddəs İslam dininin nəzərinə görə, təharət və nəcasət mövzusunda prioritet yerdə əşyanın təharəti durur. Yəni, əşyanın pak və ya nəcis olmasında şəkk edilərsə, pak olmasına hökm verilməlidir.
2. O kəslərin ki, nəcasət mövzusuna həssaslıqları daha şiddətlidir, hətta bəzən əşyanın nəcis olduğuna yəqinlik əldə etsələr belə, gərək pak olmasına hökm versinlər. İstisna o haldır ki, əşyanın nəcis olduğunu öz gözləri ilə görüblərsə. Bu işi o zamana qədər təkrar etməlidirlər ki, həmin həssaslıq aradan getsin.
3. Əgər əşya nəcis olarsa, onu kürr suyu ilə bir dəfə paklamaq kifayətdir. Təkrar yumaq və ya əşyanı suyun içinə salmaq vacib deyildir. Əgər əşya parçadırsa, onu bir qədər sıxmaq və ya kürr suda hərəkət etdirmək lazımdır.
4. İslam dini insan fitrəti ilə uyğun olan asan bir dindir. Ona görə də insan onu özü üçün çətinləşdirməməlidir. Bu vəsvəsəsinə görə canına və ruhuna əziyyət verməməlidir. Uca Allah sizin əziyyət çəkməyinizə razı deyildir.
5. Bu xəstəlik müvəqqətidir və müalicə olunandır. Çox sayda insan bu xəstəlikdən əlac tapa bilmişdilər. Ona görə də Allaha təvəkkül edin və nəfsinizə iradə göstərərək, aramlıq verin. (Tebyan) Bunu bilin ki, vəsvəsə etmək – mahiyyətcə haram bir işdir. Ona görə də vasvası insan gərək öz şəklərinə əhəmiyyət verməsin./Deyerler.