İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?
Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab İmamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir.
Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir.
Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi.
Bu kitab İmamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır./Deyerler