Əgər yatmaq dəstəmazı pozursa, bəs niyə yatmazdan əvvəl dəstəmaz almalıyıq?
İslam dini buyurur ki, bir müsəlman üçün yatmazdan əvvəl dəstəmaz almaq – müstəhəb əməllərdəndir. Əhkam isə buyurur ki, yuxu dəstəmazı batil edən əməllərdəndir. Bəs bunun mənası vardırmı?
Baxmayaraq ki, yuxu zahirdə dəstəmazı pozar, ancaq batini əhəmiyyətə malikdir. Yatmaq – insanın təbii zərurətlərindəndir. İnsan oyaq zamanı əldə etdiyi savabları yatan zaman da əldə edə bilər. Belə ki, Ramazan ayında oruc tutan insan haqqında deyirlər ki, onun yuxusu belə, ibadətdir. Halbuki, oruc tutan insan ancaq yatar və heç bir iş görməz ki, əcrə malik olsun. Belə ki, müsəlman oyaq vaxtı oruc tutub, Allahın vacibatını yerinə yetirdiyi üçün, yatan zaman da buna görə ona savab yazılar.
Ya o xəstə ki, sağlam olan zaman etdiyi ibadətləri edə bilməzsə, Allah yenə də həmin əməllərin savabını ona xəstə olan zaman belə, yenə verər. İmam Baqir (ə) buyurur: “İmanlı insan o zaman ki, xəstələnir, Allah ona mələyi hakim edər ki, o şeyi ki, sağlam olan zaman yerinə yetirərdi, xəstə halında belə, onun üçün savabını yazsın o zamana qədər ki, dünyadan gedər”.
İmam Kazım (ə) buyurur: “Mömin o zaman ki, xəstələnər, Allah sağ tərəfindən olan mələyə əmr edər ki, sağlam olan zaman ona yazdığı savabları, xəstə zamanı da onun üçün yazsın”. (Beytutə)
Ona görə də deyə bilərik ki, dəstəmazlı olmaq bizi həm ruhi və həm də mənəvi cəhətdən pak edər. Mömin insan yatan zaman belə, bu təharətə malik olar. Hətta dəstəmazı zahirdə batil olsa da, ancaq dəstəmazlı olmağın savabı ona yazılar./Deyerler.