Qurani-Kərimin məntiqi ilə, hansı 4 yerdə bəndə Allahı xüsusən yada salmalıdır?!


Əba Abdullah (ə) buyurur: “Əgər azan səsini eşitsən, sən də azan deyənlə birlikdə de. Bu halda Allah Təalanı zikr etməyi tərk etmə. Çünki Allahı hər bir halda yada salmaq – bəyənilən və yaxşıdır”.

O zaman ki, Musa ibni İmran (ə) Allahla münacat edirdi, dərgahında buyurdu: “Allahım, məndən uzaqsansa, Səni çağırım. Yaxınsansa, Səninlə münacat edim?”.

Allah Təala vəhy göndərir: “Ey Musa! Mən o kəsin yoldaşıyam ki, Məni yada salar və Mənim zikrimi edər”.

Musa (ə) deyir: “Mən Səni ondan daha üstün bilirəm ki, o halda Səni zikr edəm”. (Məqsədi ayaqyoludur).

Allah Təala buyurur: “Ey Musa! Hansı halda olursansa-ol, Məni yada sal və Mənim zikrimi de”.

Yaşadığımız müasir həyat elə qurulmuşdur ki, insanı qəflətə salan əməllərin sayı artmışdır və şeytan (lən) vəsvəsəsi üçün yaxşı şəraitlər yaranmışdır. Buna görə də insanın hər bir halda Allahı yada salması – çətin mövzuya çevrilmişdir.



Ancaq bu mövzu həqiqi möminlərə aid deyildir. Mömin hansı halda olursa-olsun, Allahı yada salar və zikr edər. Mömin ona görə mömin qala bilibdir ki, Allahı davamlı olaraq zikr etmişdir. Əks halda günah onu əhatə edər və büdrəməsinə səbəb olar.


Qurani-Kərim bütün möminlərə buyurur ki, Allahı hər bir halda yada salın:

1. İbadət zamanı yada salın və ixlaslı olun.

2. Günahla üzləşən zaman Allahı yada salın və gözünüzü günaha bağlayın.

3. Nemət zamanı Allahı yada salın və şükrünü yerinə yetirin.

4. Bəla və müsibət zamanı Allahı yada salın.

Xülasə, həyatımızın hər anında Allahı unutmayaq.


Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, Qiyamət günü bəndələrdən hanısısının məqamı başqalarından üstün olacaqdır? Buyurur: “O kəslər ki, Allahı çoxlu yada salırlar”.

Soruşurlar: “Bu insanın məqamı – Allah yolunda cihad edəndən də üstündür?”.

Buyurur: “Əgər qılıncı ilə kafirlərin və müşriklərin bədəninə o qədər vurar ki, qılıncı sınar və qana boyanmış olar – amma o kəslər ki, Allahı çoxlu yada salırlar – onlar daha üstündürlər”. (Həvzəh)


Bəli, bu hədisdən də göründüyü kimi, hər kim Allahı daha çox yada salarsa, məqamı hətta Allah yolunda cihad edənlərdən üstün olar.

O zaman ki, insan Allahı zikr edər – əzəmət, qüdrət və elmlə dolu bir dünya qəlbində təcəlli edər. İnsan ruhu yaxşılıqlara tərəf meyil edər. Pisliklərə nifrət edər, qəlb hüzuruna malik olar. Onun qəlbi səfalı olar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter