İslam dininin müxtəlif məzhəbləri –hansı 10 mərhələ ilə yaranmışdır?!


Təəssüf ki, tarixin gedişatı boyu müqəddəs dinimiz müxtəlif məzhəblərə bölünmüşdür. Bu məzhəbləri tanıyaq.


Həzrət Peyğəmbərin (s) vəfatından sonra yaranan məzhəblər:

1. İmam Əli (ə) vilayətini Allah tərəfindən təyin edilən vəsi kimi qəbul edənlər (haqq məzhəb).

2. İmam Əlini (ə) Peyğəmbərdən (s) sonra gələn övliyalar kimi qəbul edənlər.

3. İmam Əlinin (ə) başqalarından üstün olmasını qəbul edənlər.


İmam Əlinin (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Həsəni (ə), İmam Hüseyni (ə) və onlardan sonra İmam Səccadı (ə) məsum İmam qəbul edənlər (haqq məzhəb).

2. Həzrət Əlini (ə) diri hesab edənlər. Onların əqidəsinə görə İmam Əli (ə) ölməmişdir.

3. Kisaniyyə məzhəbi. Bu məzhəbin davamçıları Muhəmməd ibni Hənəfiyyəni İmam hesab edirlər.



İmam Səccadın (ə) şəhadətindən sonrakı məzhəblər:

1. İmam Baqiri (ə) İmam qəbul edənlər (haqq məzhəb).

2. Zeyd ibni Əlini İmam qəbul edənlər.

3. Carudiyyə. Carudiyyə firqəsi – Zeyd ibni Əlidən sonra Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əbdullah ibni Həsən ibni Əli (ə) ibni Əbu Talibin İmamətini qəbul edirdi.

4. Əcliyyə. 5. Hüseyniyyə. 6. Məğirə.


İmam Baqirin (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Sadiqi (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb).

2. Muhəmməd ibni Abdullahı İmam qəbul edənlər.


İmam Sadiqin (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Kazımı (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb).

2. İsmayili İmam kimi qəbul edənlər.

3. İmam Sadiqin (ə) diri olduğunu iddia edən məzhəb ki, Navusiyyə adlanır.

4. Abdullah ibni Cəfəri İmam kimi qəbul edənlər ki, Fəthiyyə adlanır.



İmam Kazımın (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Rzanı (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb).

2. İmam Kazımın (ə) sağ olduğunu iddia edənlər ki, Vaqifiyyə adlanır.



İmam Rzanın (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Təqini (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb).

2. Əhməd ibni Musanı İmam kimi qəbul edənlər.

3. Vaqifiyyə əqidəsinə geri dönənlər.



İmam Təqidən (ə) sonra yaranan məzhəblər:

1. İmam Hadini (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb).

2. Musa ibni Muhəmmədi İmam kimi qəbul edənlər.



İmam Hadinin (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Həsən Əsgərini (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb).

2. Muhəmməd ibni Nəsiri İmam kimi qəbul edənlər.

3. Muhəmməd ibni Əli ibni Hadinin İmamətinə etiqad bəsləyənlər.



İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra yaranan məzhəblər:

1. İmam Həsən (ə) övladı Hüccət ibnil Həsəni (ə.f) İmam kimi qəbul edənlər.

2. İmam Həsəni (ə) İmam kimi qəbul edənlər.

3. Cəfər ibni Əli ibni Hadini İmam kimi qəbul edənlər.


Əlbəttə ki, müasir dövrümüzdə bu məzhəblərin hamısı qalmamışdır, əksər hissəsi dağılmış və başqa məzhəblərə qoşulmuşdur./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter