Allah-Taala (c.c)-nın möminlərə salavat göndərməsinin mənası nədir?!
Allahın möminlərə salavat göndərməsi – qəlblərində nuraniyyət yaratmaqdır! Qurani-Kərimin nəzərinə görə, salavat ancaq Həzrət Peyğəmbərə (s) aid deyildir. Bəlkə Allaha, mələklərə və insanlara da aiddir. Quranda gələn salavatın növləri ilə tanış olaq:
1. Allahın Peyğəmbərə (s) salavat göndərməsi. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat)göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər).
Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
Quran ayələrindən belə nəticə çıxartmaq olar ki, Allahın salavat göndərməsi – Həzrət Peyğəmbərin (s) ali məqamda qərar tutmasına edilən işarədir.
2. Allahın möminlərə salavat göndərməsi. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən)Odur.
O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43).
Allahın möminlərə salavat göndərməsi – qəlblərində nuraniyyət yaratmaqdır. (Hədənə)
3. Allahın sabirlərə salavat göndərməsi. “O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq(bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər.
Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!”. (“Bəqərə” 156-157).
4. Mələklərin möminlərə salavat göndərməsi. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.
O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43).
5. Möminlərin Həzrət Peyğəmbərə (s) salavat göndərməsi. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
6. Həzrət Peyğəmbərin (s) möminlərə salavat göndərməsi. “(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir”. (“Tövbə” 103)./Deyerler.