O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?


Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”.
Belə bir sualı İmam Əliyə (ə) də vermişdilər və o, buyurmuşdu: “Quraqlığın Allahı, həmin dənizlərin də Allahıdır. Dənizlərin Allahı, göylərin də Allahıdır. Allah üçün fərqi yoxdur ki, insanın bədəni qəbirdə olsun, yoxsa heyvanların qarnında və ya başqa bir yerdə”.

Beləliklə qəbir əzabı, yəni ruhun Bərzəx aləmindəki əzabıdır. Bu əzab ona layiq olan bəndələr üçün haqdır. Allah Təala bağışlayan və mehribandır. O, insanlara dünyada işlətdikləri günaha görə tövbə qapısını açıq qoymuşdur ki, özlərini bu günahlardan paklasınlar və Bərzəx əzabından azad olsunlar./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter