Allah Qiyamət günü Öz haqlarından keçər, amma...


İslam dini ancaq namaz, oruc və hicaba riayət etmək deyildir. İslam gəlmişdir ki, insanları səadətə çatdırsın və təkamül etdirsin. Aralarında olan ayrı-seçkiliyi aradan aparsın və onları hüsnü əxlaqa bürüsün.

İmam Sadiq (ə) buyurur: “Müsəlmanların hamısı – İslamın övladlarıdır. Mən onların hüquqlarını bərabər hesab edirəm. Şəxsi fəzilət elə bir mövzudur ki, özünlə Allah arasındadır və rifahda heç bir üstünlüyə malik olmaz. Mən hamıya bir atanın övladları kimi baxıram”.

İslam dininin nəzərinə görə, həqiqi möminin ən mühüm nişanəsi – başqalarının abır və canına ehtiram göstərmək olmalıdır.

Dinimiz buyurur ki, möminin abırı müqəddəsdir və hər kim ona ləkə vurmağa çalışarsa, əslində Allahın düşməninə çevrilər. İmam Əli (ə) buyurur: “Allah buyurmuşdur: “İzzət və Cəlalıma and olsun ki, heç bir zalımın zülmündən keçmərəm, baxmayaraq ki, əli əlin üzərinə vurmaq qədər olsa belə””.

Hər kim başqasının abrını aradan aparar, əslində haqqun-nas etmiş olar. Haqqun-nası aradan aparmaq isə heç də asan iş deyildir. (Həvzəh)

İmam Sadiq (ə) buyurur: “Hər kim möminin abrını aparar, ona vacibdir ki, əvəzini versin”. (yəni bu haqqun-nası aradan qaldırsın).

Beləliklə deyə bilərik ki, İslamın nəzərinə görə haqqun-nas – Allahın hikmət və ədaləti ilə sıx bağlıdır. Allah Təala Qiyamət günü Öz haqlarından keçər, ancaq haqqun-nasdan keçməyəcəkdir. Odur ki, haqqun-nas mövzularına xüsusi diqqət edək.--Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter