Həzrət Peyğəmbərin (s) buyurduqlarının hamısı vəhy olmuşdur, yoxsa yox?


Görəsən Həzrət Peyğəmbərin (s) buyurduqlarının hamısı vəhy olmuşdur, yoxsa yox?

Nəzər sahibləri bu mövzu haqqında deyirlər ki, Həzrətin (s) buyurduqlarının hamısı vəhy olmuşdur. Bu ayənin söylədiyi kimi: “O, (Qur’anın və İlahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri – yalnız (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. (“Nəcm” 3-4).

Həzrət Peyğəmbərin (s) sünnəti – hüccətdir və o Həzrətin (s) sözləri, sükutu qətiyyən nəfsi əsasında olmamışdır, vəhy əsasında olmuşdur. Adi həyatında belə, heç zaman nəfsinin buyurduqlarına tabe olmamışdır.

İlahi peyğəmbərlərin (ə) Allahla xüsusi rabitəsi olmuşdur. Bu rabitə sayəsində əhkamı və dini təlimləri qəbul etmişdilər. Sonra isə insanlara elan etmişdilər.

Bu rabitə – çox qarışıq bir rabitədir. Bəşər onu dərk etməkdən acizdir. İnsan ancaq ağlının səviyyəsi qədər vəhyi tanıya bilər.


Vəhyin mənası – elmi çatdırmaqdır. Vəhyin əsil xüsusiyyəti budur ki, gizli və tez şəkildə peyğəmbərə (ə) təqdim olunar. Ən çox elm və idraka aiddir, əməl və təhrikə deyil. Baxmayaraq ki, insan əməl meydanında ağlından yardım alır, ancaq bu, vəhyin mahiyyətini izah edə bilmir.

Alimlərin nəzərinə görə, vəhyin mahiyyəti yoxdur və ona görə də onu hansısa cinsə və ya növə aid etmək olmur.

Bəs Peyğəmbərin (s) buyurduqlarının hamısı vəhydirmi?

“Təfsiri-nümunə”də oxuyuruq: “O, (Qur’anın və İlahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. Bu ayədə söhbət ancaq Quran ayəsi haqqında deyildir, Peyğəmbərin (s) keçmiş sünnətlərinə də şamil edilir. Həzrətin (s) nəinki danışıqları, hətta rəftar və əxlaqı belə, Allah tərəfindən tənzim olunurdu”.

Əllamə Təbatəbai buyurur: “Bu ayələr demək istəyir ki, Peyğəmbərin (s) heç bir sözü nəfsani olmamışdır. Bu ayə əslində müşriklərə səslənir və onları xəbərdar etmək istəyir ki, Həzrətin (s) hər bir sözü vəhy olmuşdur. Ona görə də hüccətdir. Onun söylədiklərinin hamısı – Allah tərəfindən nazil olan vəhy olmuşdur”.


Beləliklə deyə bilərik ki, Quranın da təsdiq etdiyi kimi, Həzrətin (s) həm danışıqları, həm rəftar və əxlaqi İlahi vəhy əsasında olmuşdur. Bunlar hamısı nəfsani olmaqdan uzaqdır. Çünki Həzrətin (s) ətəyi o qədər pakdır ki, ona günah tozu qətiyyən əyləşə bilməz.

Allahım, bizləri Həzrət Peyğəmbərə (s) layiq ardıcıllardan qərar ver!

Hazırladı: Məşhədi Xanım,Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter