Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
Şükrün növləri və dərəcələri vardır ki, onlarla tanış olaq. Şükrün iki növü vardır: zahiri və həqiqi.
-Zahiri şükür – dildə və səthi deyilən şükürdür. Bu şükür insanın batinindən çıxmaz, bəlkə sadəcə səthi şəkildə dildə deyilər.
-Həqiqi şükür odur ki, insanın batinində qərarlaşar, daxilindən gələr. Həqiqi şükrün öz növbəsində, iki növü vardır: hissi şükür və əməli şükür.
- Hissi şükür – o şükürdür ki, insan öz daxilində təşəkkür hissinə malik olar. Batini bir haldır.
Əməli şükür isə o şükürdür ki, insan Allahın ona verdiklərindən Onun yolunda istifadə edər. Əlbəttə də şükrün bu növü daha ali və daha yüksəkdir.
Şükrün dərəcələri.
Şükrün 3 dərəcəsi vardır.
Şükür əvvəl gərək dildə bəyan edilsin.
Sonra hissi şükür mərhələsinə gəlib çatsın və nəhayət, əməli şükrə çevrilsin.
Şükür – imanın dərəcələrindəndir. İman isə odur ki, qəlbdə olar.
Həqiqi şükür odur ki, insan qəlbinə sirayət edər. Belə bir şükür – həqiqi şükür olar.
Bu dünyada olan hər bir şey Allahın məxluqudur. Hər kim məxluqa təşəkkür edər, Allaha şükür etmiş olar. (Tebyan)
Ona görə də aqil insan həmişə malik olduqlarını görər və ona görə şükür edər. Əgər mehribanlıq görsə, ona görə təşəkkür edər. Nəticədə şükür edən və təşəkkür edən insan olar./Deyerler.