Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi


İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ”

O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.

Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””. İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”.

Nəql edilir ki, Siffeyn döyüşündə da bu duanı oxuyurdu. Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”.
Həzrət Əli (ə) buyurur: “Allahın əzəmətli adı və tövhidin sütunudur”. Sonra bu ayəni tilavət etdi: شهد اللّه‏ أنّه لا إله إلاّ هو Atdan düşüb dörd rükət namaz qıldı”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter