İmam Əlinin (ə) hədisinə əsasən Rükuda boyunu aşağı salmağın sirri nədir?!


Bir nəfər Əmirəl-mömininə (ə) deyir: “Ey Allahın ən yaxşı məxluqunun əmisi oğlu! İlk təkbirdə iki əli yuxarı qaldırmağın mənası nədir?”.

Həzrət (ə) buyurur: “Mənası Allahu Əkbərdir. Və “Allahu Əkbər”in mənası odur ki, Allah vahiddir və təkdir ki, heç bir şey Onun kimi deyildir və heç bir şeylə müqayisə oluna bilməz. Hiss orqanları ilə dərk edilməz”. Həmin şəxs deyir: “Bəs rükuda boyunu aşağı əyməyin mənası nədir?”.

Həzrət (ə) buyurur: “Mənası budur ki, آمنت بوحدانیتک و لو ضربت عنقی
Yəni, sənin vahidliyinə iman gətirdim, baxmayaraq ki, boynumu vursan belə”.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter