Fəhlənin pulunu kəsməyin günahı haqda hədislər nə buyurur?


İslam dini fəhlə və işçilərin zəhmətini həmişə dəyərləndirmişdir. Çünki onlar halal ruzi qazanmaq üçün abırlı bir peşəyə malikdirlər və qazanc əldə etmək üçün zəhmət çəkər, alın təri tökərlər. Onlar Allah yolunda cihad edənlərin əcrinə malikdirlər. (Tebyan)
Bəzi hədislərdə oxuyuruq ki, bir fəhlənin bədənindən axan bir damcı tər, şəhidin bədənindən axan bir damcı qana bənzəyər. Həzrət Peyğəmbər (s) - zəhmətkeş və qabarlı əli öpən bir insan idi. Bu yolla bəşərə bildirmək istəmişdi ki, bu peşə çox iftixar olunası bir peşədir.

Həzrət Əli ibni Əbutalib (ə) də zaman-zaman fəhləlik, usatlıq edirdi. Bəzən quyu qazar və su çıxardardı. Bəzən də kiminsə bağında torpağı şumlayardı və bu işi iftixarla yerinə yetirərdi. Çünki halal ruzi qazanmaq istəyirdi.

Altıncı İmamımız Həzrət Sadiq (ə) və İmam Baqir (ə) də malik olduqları torpaqda işləyər və tər tökərdilər. İmam Sadiqə (ə) bir gün yardım etmək istəyirlər, ancaq o, buyurur: “Mən istəyirəm ki, özüm üçün gördüyüm işdə günəşin hərarətini bədənimdə hiss edim”.

Qeyd etdiyimiz kimi, Həzrət Peyğəmbər (s) bəşərin ən şərəfli və ən kamil bir insanı olaraq, təvazökarcasına zəhmətkeşin əlini öpmüşdü. Həzrət (s) buyurur: “Allah Təala mömin bəndəsinin peşə sahibi olanını sevər”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: “Hər kim fəhlənin muzdunu az verər, Allah əməlini batil edər və 500 illik məsafədən gələn behiştin iyi ona haram olar”.

Həzrət (s) başqa yerdə buyurur: “Fəhlənin muzdunu az vermək - böyük günahlardandır”.

İmam Əli (ə) Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur ki, bir fəhləni işə götürməzdən əvvəl muzdunu təyin etmək lazımdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter