Pis söz deyən insanla hansı dörd yolla rəftar etməliyik?
Pis söz və söyüş söymək insanı ani də olsa, zahirən sakitləşdirər. Ancaq bu, aldadıcı sakitləşdirməkdir. Və ardınca ancaq əzab və cəza gətirər. Çox təəssüf ki, cəmiyyətimizdə pis söz deməyə adət edən insanların sayı az deyildir. Bəs bu insanlarla necə rəftar etməliyik?
1. Nəsihət vermək. Cəmiyyətimizdə elə insanlar vardır ki, qəzəbini sakitləşdirmək üçün söyüşə əl atırlar. Bu zaman həmin şəxsin ürəyi yanan bir dosta ehtiyacı vardır ki, mülayim dillə ona səhvini başa salsın və ona nəsihət versin.
Söyüş söymək çox pis əməldir ki, insanı dindən uzaqlaşdırar. Əgər tövbə etməzsə, Əhli-Beyt (ə) davamçılığından xaric olar. İmamların (ə) nifrətinə səbəb olar.
İmam Əli (ə) Siffeyn döyüşündə söyüş söyən əsgərləri görən zaman, buyurmuşdu: “Mən sevmirəm ki, siz söyüş söyəsiniz. Ancaq əgər pis əməllərini (onlar üçün) şərh etsəniz, hallarını bəyan etsəniz – doğru sözə və hüccəti tamamlamağa daha yaxın olar.
Siz gərək söyüş yerinə belə dəyərdiniz: “Allahım, bizim və onların qanını qoru. Bizimlə onların arasını islah et və onları hidayət et ki, o kəslər ki, cahildirlər haqqı tanısınlar. Onlar ki, yolunu azıblar və haqla düşmənçilik etməyə təkid edirlər, ondan əl çəksinlər””.
2. Fəzanı dəyişdirmək. Əgər elə bir yerdəsiniz ki, bəzi insanlar pis söz işlədirlər, bu fəzanı elmi və mənəvi mövzular söyləyərək, dəyişdirməyə çalışın. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, kiminsə eybi ilə qeybətini bir yerdə cəm edirlər, sən də orada olursan – ona yardım et. Orada olanları nəhy-əz-münkər et və o məclisdən qalx”.
3. Məclisi tərk etmək. Bəzən məclisi tərk etməkdən başqa çarə qalmır. Çünki insanlar nə nəsihət eşitmək istəyir, nə də nəhy-əz-münkər. İmam Sadiq (ə) buyurur: “Yaxşı deyildir ki, o məclisdə ki, günah olar və sizin əlinizdən bir şey gəlməz – və siz orada iştirak edəsiniz”.
4. Qətiyyətli reaksiya vermək. Bəzi insanların nə eşitmək və nə də əməl etmək qabiliyyətləri vardır. Ona görə də dinimiz buyurur ki, bu insanlarla ciddi rəftar edin. Əgər öz söyüşündən əl çəkməzsə, onunla əlaqənizi kəsin və başqalarına da bu əməli tövsiyə edin./Deyerler.