Düşmənlərin şərrindən amanda qalmaq üçün oxunması tövsiyə olunan surə!
Qurani-Kərimin mübarək “Əraf” surəsi çoxlu fəzilətlərə malikdir. Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Əraf” surəsini oxuyarsa, Allah onunla İblis arasına pərdə çəkər ki, İblisin şərindən amanda qalsın. O, elə kəslərin zümrəsindən olar ki, Həzrət Adəm (ə) behiştdə onu ziyarət edər və behiştdə yəhudilərin və xristianların sayı qədər ona dərəcə verilər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni ayda bir dəfə oxuyarsa, Qiyamət günü o kəslərdən olar ki, heç bir qorxusu və qəmi olmaz.
Hər kim cümə günü bu surəni oxuyarsa, o kəslərin zümrəsindən olar ki, Allah onları hesaba çəkməz”.
Hər kim düşmənin şərindən və vəhşi heyvanların hücumundan amanda qalmaq istəyirsə, bu surəni zəfəran və ya gülabla yazsın və özü ilə gəzdirsin. O vaxta qədər ki, bu yazı onunla olar, Allahın izni ilə heç bir düşmən və vəhşi heyvan ona yaxın durmaz.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, gecə vaxtı kimsəsiz səhrada olarsa, “Əraf” surəsinin 54-cü ayəsini oxusun. Allahın mələkləri onu qoruyar və şeytanlar ondan uzaq olar”./Deyerler.