Hədislərə əsasən günahdan qorunmayan insan hansı 6 çətinliklərlə üzləşər?!


Günahın insana vurduğu ziyanlar haqqında çox söz demiş və çox eşitmişik. Ancaq onun ziyanlarını bir daha xatırlasaq və bizə necə bəlalar gətirdiyini bir daha yada salsaq, bəlkə də ondan çəkinər və onu tərk etməyə çalışarıq. Günahın gətirdiyi ziyanlar:

1. Nemətin əldən getməsi. Allah insana çox sayda nemətlər vermişdir, ancaq çox təəssüf ki, insan günah edərək bu nemətləri bir-bir əldən verər. İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, heç bir millət nemətdən məhrum olmaz, məgər düçar olduğu günahlarına görə”. Həzrət Peyğəmbər (s) buyurur: “Günahlar nemətləri dəyişdirər”.

2. Bəlanın nazil olması. Günah insana çoxlu bəlalar gətirər. İmam Əli (ə) buyurur: “Günahlardan çəkinin ki, elə bir bəla və ya qıtlıq yoxdur, məgər günahlara görə olar. Hətta insan bədəninə daxil olan qaşınma, torpağın titrəməsi və sizi udması, ruh və cismə daxil olan müsibətlər belə”.


3. İmanı aradan aparar. Ağıl və vicdan iki qardaşdır ki, insanı şeytandan (lən) qoruyar. Ancaq günah bu iki qardaşın arasını vurar və onların qardaşlıq bağlarını süstləşdirər. Quran buyurur: “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).

4. Ömrün qısalması. İmam Sadiq (ə) buyurur: “O kəslər ki, günahlarına görə ölürlər, təbii ölümlə ölənlərdən daha çoxdurlar”.

5. Qəlbin qaralması. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günah edər, qəlbində qara nöqtə meydana gələr. Əgər tövbə edərsə, həmin nöqtə aradan gedər. Əgər günahları artarsa, qəlbi o qədər qaralar ki, artıq nicat tapa bilməz”.

6. Qəlbin qəsavət bağlaması. İmam Əli (ə) buyurur: “Qəlblər sərt olmaz, məgər günahların çoxluğuna görə”.-Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter