Hədislərə əsasən haram musiqilərə qulaq asmağın hansı beş ziyanı vardır?!
“İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).
Ğinanın insan həyatına vurduğu ziyanlar ilə tanış olaq:
1. Namusa qarşı etinasızlıq yaradar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bir evdə müsiqi sayəsində qadınlar və kişilər toplaşar, şeytan, şeytanlıq nəfəsindən onlara üfürər ki, ondan sonra qeyrəti əldən verərlər”.
2. Ani ölüm və duaların qəbul olmaması. İmam Sadiq (ə) buyurur: “O evdə ki, ğina olar, ölüm və ağrılı müsibətdən aman olmaz. Orada dualar yerinə yetməz. Mələklər ora daxil olmaz”.
3. Nifaqa səbəb olar. İmam Sadiq (ə) buyurur: “Müsiqi yazmaq, qəlbdə nifaqı cücərdər, necə ki, su bitkiləri cücərdər”.
4. Bərəkət aradan gedər. Həzrət Peyğəmbər (s) buyurur: “Mələklər o evdə ki, şərab olar, müsiqi alətləri olar və qumar olar – ora daxil olmazlar. Ev əhlinin duası yerinə yetməz. Xeyir və bərəkət oradan gedər”.
5. Axirətdə insanı ziyankarlardan qərar verər. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ğina əhli olar – qəbrindən o halda qalxar ki, kor, lal və kar olar”. /Deyerler.